Azadlıq Partiyası ofislə təmin olundu

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Azadlıq Partiyasını ofislə təmin edib.

Bu barədə “Qafqazinfo”ya Dövlət Xidmətindən məlumat verilib. 

Məlumata görə, ofis sahəsi Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 161b ünvanında yerləşir. 

Əhməd Orucun sədri olduğu partiya nümayəndələri ofislə tanış olublar.

 


Share: