…azadlıq – quruyan ağac, gözümdən leysan istəyir…

Saday ŞƏKƏRLİ

Mən ayrılıq adamıyam,
ayrılıq, hicran istəyir,
ah, sinəmdəki dağ boyda,
püskürən insan istəyir.

Arzu sıyıq, umud qaxac,
bar verməz söyüd, qarağac,
azadlıq – quruyan ağac,
gözümdən leysan istəyir.

Hər tərəf zülmət, qaranlıq,
çıxdım özümdən bir anlıq,
vətən məndən qəhrəmanlıq,
qürbət məndən can istəyir.

Dərd qoşun çəkir üstümə,
kim var sevinən tüstümə?
Sözlər dayanıb qəsdimə,
inqilab, üsyan istəyir.

Share: