Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Bakıdan Belarusun paytaxtı Minskə müntəzəm reyslər açır.
AZAL-dan verilən məlumata görə, Bakı-Minsk-Bakı marşrutu üzrə ilk reysin 2023-cü il oktyabrın 1-də həyata keçirilməsi planlaşdırılır. Aviaşirkət həftədə dörd dəfə uçuşlar həyata keçirəcək.
Minskə uçuşlar üçün aviabiletləri “Azərbaycan Hava Yolları”nın internet saytında – www.azal.az, mobil əlavədə və aviaşirkətin akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.
“Minsk unikal görməli yerlərlə və rahat parklarla dolu gözəl və tarixi bir şəhərdir”, – deyə məlumatda qeyd edilib.