Finişə 45 km qalmış Tur de-Frans veloyürüşündə kütləvi qəza baş verib.
Sports.ru xəbər verir ki, üzünü yarış iştirakçılarına deyil, kameralara tutan xanım azarkeş əlindəki plakatla velosipedçilərdən birinə toxunub ki, bu da zəncirvari qəzaya səbəb olub.
Qəza nəticəsində yarış trasında tıxac yaranıb. Yerə yıxılan velosipedçilər müxtəlif dərəcli xəsarətlər alıb və yekunda finişə 25 dəqiqə gec çatıblar.