Bu gün Azərbaycan Respublikası Milli Məclisinin deputatı, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının binasındagənclərlə görüş keçirib. Modern.az xəbər verir ki, Azay Quliyev Prezident İlham Əliyevin dövlət quruculuğu modelində gənclərin önəmli yer tutduğunu, potensiallarını faydalı istiqamətlərdə və səmərəli şəkildə reallaşdırmaq üçün onlara xüsusi diqqət və qayğının göstərilməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu vurğulayıb.
Deputat çıxışında gənclərin qarşılaşdığı müxtəlif problemlər, sosial durumu ağır olan gənclərin təhsil haqlarının dövlət hesabına ödənilməsi, kiçik və orta sahibkarlığın inkişafı vəməşğulluqla bağlı məsələlərə də toxunaraqona edilən müraciətlərin həllini daim diqqətdə saxladığını və gənc seçiciləriylə görüşlərinibundan sonra da davam etdirəcəyini bildirib.
A. Quliyev görüşdə gənclərlə vətənpərvərlik, tarixi keçmişimizə və dəyərlərimizə hörmət, gənclərin karyera quruculuğu və peşə hazırlığı,elm, təhsil, innovasiyaların tətbiqi, sosial məsələlər və digər mövzularda müzakirələr aparıb. Gənclərin ideya və təkliflərini dinləyən deputat onların təşəbbüslərinin dəstəklənməsinə səlahiyyəti çərçivəsində dəstək verəcəyini deyib.
Millət vəkilihəmçinin, ölkəmizin beynəlxalq arenada artan nüfuzu, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətimizin fəaliyyəti, vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti, elektron hökumət proqramının tətbiqi ilə bağlı görülən işlər və digər mövzularla da bağlı sualları cavablandırıb.