AZƏRBAYCAN YAZIÇILAR BİRLİYİNDƏ MÜBARİZDƏN SONRA…

AZƏRBAYCAN YAZIÇILAR BİRLİYİNDƏ MÜBARİZDƏN SONRA…

Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda AYB- nin üzvü, Prezident təqaüdçüsü, şair, yazıçı, publisist Müşfiq Malik Muğanlının “Mübarizdən sonra” və “Ağakərim İbrahimovun düşüncələri” adlı kitablarının təqdimatı keçirildi.Tədbirdə Milli Qəhrəman Mübariz İbrahimovun atası Ağakərim İbrahimov və anası Şamama İbrahimova iştirak edirdi. Tədbiri Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi, şair Səlim Babullaoğlu açıq elan elədi.
İlk söz Milli Qəhrəman Mübariz İbrahimovun atası, “Mübarizdən sonra” kitab layihəsinin rəhbəri və məsləhətçisi Ağakərim İbrahimova verildi. Sonra şair Baba Vəziroğlu, professor Seyfəddin Rzasoy, millət vəkili Günay Ağamalı, AYB-nin kadrlar şöbəsinin rəhbəri Arifə Əliyeva, AYB-nin Mətbuat Xidmətinin rəhbəri, şair Xəyal Rza, Elm və təhsil nəşriyyatının direktoru İnal Məmmədli, filosof İşıqlı Ata, Mübariz İbrahimov adına bağçanın direktoru Çinarə xanım, Mübariz İbrahimov İctimai Birliyin sədr müavini Mir Hənifə, rəssam Malik Ağayev çıxış elədilər. Tədbirdə Xəzər rayon 26 saylı tam orta məktəb və Milli Qəhrəman Mübariz İbrahimov adına uşaq bağçasının müəllim kollektivi də iştirak edirdilər.

Share: