“Dənizçilərə Sosial Dəstək ”İctimai Birliyi Bakupost.az-a istinad edərək xəbər verir ki, gəmilərimiz Afrikada yerləşən Eritreya dövlətinə aid sulara icazəsiz daxil olduğuna gərə saxlanılıb.
Bu barədə uzaq səfərlər kapitanı Səyyar Quliyevin məlumat verdiyi bildirilir.
“DSD”İB olaraq hadisə ilə bağlı Dövlət Dəniz və Liman Agentliyi ilə əlaqə saxladıq. DDLA-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdüri Pərvanə İmanova bizimlə söhbət zamanı bildirdi ki, 2024-cü ilin 7 noyabr tarixində“Caspian Marine Services B.V.” şrikətinin Azərbaycandakı filialı tərəfindən sözügedən şirkətə məxsus 3 gəminin Eritreya dövlətinin səlahiyyətli qurumları tərəfindən saxlanılması barədə DDLA -nin məlumatı var. Dərhal Agentlik tərəfindən Xarici İşlər Nazirliyinə işçi qaydada məlumat verilmişdir. Bununla yanaşı, Agentlik tərəfindən Eritreya Dövlətinin dəniz nəqliyyatı sahəsi üzrə səlahiyyətli qurumuna, habelə BDT-yə, Eritreyanın BDT-dəki daimi nümayəndəliyinə və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinə rəsmi məktubla müvafiq məlumatlar təqdim edilmişdir.
Tural Balabəyli
“DSD”İB -nin sədr müavini,
Analitik-İnformasiya Bölümünün rəhbəri