“AzerGold” tərəfindən 2000-ci xəlitə istehsal edilib

“AzerGold” tərəfindən 2000-ci xəlitə istehsal edilib

“AzerGold” tərəfindən 2000-ci xəlitə istehsal edilib

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) tərəfindən 2000-ci xəlitə istehsal edilib. Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində (ÇİRES) emal edilmiş qızıl və gümüş tərkibli xəlitənin çəkisi 21 kq-dır.

“AzerGold”dan “-Economics”ə verilən məlumata görə, xəlitənin növbəti mərhələdə 999.9 əyarda saflaşdırılması və dünya birjasında satışı nəzərdə tutulub.

Qeyd edək ki, “AzerGold” QSC tərəfindən ilk xəlitə tökümü 2016-ci ilin 13 oktyabr tarixində həyata keçirilib. QSC hazırda Daşkəsən və Göygöl rayonlarında yerləşən mədənlərdən qiymətli metal filizlərinin hasilatını, ÇİRES-də isə emalını həyata keçirir.

Xatırladaq ki, bugünədək Səhmdar Cəmiyyət tərəfindən hasil edilmiş 402 min unsiya qızıl, 761 min unsiya gümüşün dünya birjasında satışı nəticəsinə ölkə iqtisadiyyatına ümumilikdə 1 milyard 137 milyon manatdan çox vəsait cəlb edilib.

Share: