AzTV-nin bazar günü efirə çıxan “Həftə” analitik-informasiya proqramında İranın regionda apardığı siyasətə dair hazırladığı material geniş müzakirələrə səbəb olub.
“Qafqazinfo” xəbər verir ki, dövlət telekanalının rəhbəri Rövşən Məmmədov un təqdimatında yayımlanan proqramda “Arazı ayırdılar… İran, sözümüz sənədir” başlıqla materialda bu ölkənin apardığı siyasət tənqid edilib. Bundan başqa İranla yanaşı Rusiyanın da son dövrlər apardığı siyasi kurs və Rusiyanın dövlət kanallarının Azərbaycanın suveren ərazisi olan Dağlıq Qarabağı “Dağlıq Qarabağ Respublikası” kimi təqdim etməsi tənqid olunub.
AzTV-nin efirə verdiyi sujeti təqdim edirik.