“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) əməkdaşı koronavirusa yoluxaraq vəfat edib.
Müstəqil.AZ bildirir ki, bu barədə jurnalistlərə AzTV-dən məlumat veriblər.
Məlumata görə, qurumun İctimai-siyasi və analitik verilişlər departamentinin rejissoru Nəcəfzadə Samir bir neçə gün əvvəl səhhətinin ağırlaşması səbəbindən xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Telekanaldan onu da bildiriblər ki, hazırda daha 5 əməkdaş xəstəxanada müalicə alır, 1 nəfər isə evə buraxılıb və onların səhhətində hər hansı ağırlaşma yoxdur.
Müstəqil.AZ