AzTV sədri həyat yoldaşının rəfiqəsinə yüksək vəzifə verdi

Jurnalist Namiq Həsənov “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəis müavini vəzifəsinə yeni təyin olunub.

Namiq Həsənova xüsusən mətbuatda münasibət birmənalı deyil. Belə ki, o, Nəqliyyat nazirliyinin mətbuat xidmətinin rəhbəri olan vaxt, mətbuata ikili standartla yanaşıb. Yalnız şəxsi münasibətləri olan şəxslərə açıq olub. Namiq Həsənov zamanında mətbuata açıq olmayan mətbuat xidmətlərinin başında gəlirdi.
Hazırda onu AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəis müavini vəzifəsinə təyin ediblər. Cəmiyyəti əsas düşündürən məsələ isə illərlə mətbuat xidmətinin rəhbəri olan şəxsə kimin rəis təyin edilməsidir.
Busaat.az-ın əldə etdiyi məlumata görə, əslində isə AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəis postu boş deyil.
Belə ki, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov sözügedən posta həyat yoldaşının rəfiqəsini təyin edib. Rövşən Məmmədovun həyat yoldaşının rəfiqəsi isə Nərgiz Rəfiyevadır.
Rövşən Məmmədovun yaxud həyat yoldaşının bu seçimi onların mətbuata olan münasibətini ortaya qoyur.

Müstəqil.Az

Share: