Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün bizim ingilis dilində dilində telekanal açmağımız lazımdır.
Müstəqil.Az Musavat.com-a istinadən xəbər verir ki, bunu Milli Məclisdəki çıxışında deputat Qüdrət Həsənquliyev bildirib.
Millət vəkili Ukrayna, Qazaxıstan nümunəsində belə telekanalların olduğunu deyib.
Deputat digər kanallara ayrılan vəsaitləri xatırladıb:
“Biz 32 milyon AzTV-yə, 12 milyon da İTV-yə vəsait ayırırıq. Ancaq bu kanalların digər özəl kanallardan heç bir üstünlüyü yoxdur. Olmazmı ki, biz bu vəsaiti ingilis dilində yayımlanan kanalların açılmasına yönəldək? Prezidentin sərəncamını oxuduğuna görə AzTV-ni saxlayıb, ora 32 milyon ayırmağa heç bir ehtiyac yoxdur. Onsuz da digər televiziyalar böyük həvəslə prezidentin sərəncamlarını oxuyur, səfərlərini işıqlandırırlar”.
Müstəqil.Az