Paytaxtın Sabunçu rayonunda azyaşlıya bıçaq xəsarəti yetirən 12 yaşlı B.M saxlanılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Bildirilib ki, hazırda Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır.
Xatırladaq ki, bu gün Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib. 2015-ci il təvəllüdlü A. Arturoviç 14 yaşlı yeniyetmə tərəfindən çağırılıb. Daha sonra yeniyetmə uşağa kürək nahiyəsindən bıçaq xəsarəti yetirib. Yaralı valideynləri tərəfindən Kliniki Tibbi Mərkəzə çatdırılıb.