BƏƏ-də daşqın nəticəsində onlarla maşın su altında qaldı

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Füceyrə Əmirliyində leysan yağışlar həyatı iflic edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, yaranan daşqınlarda onlarla avtomobil köməksiz vəziyyətdə qalıb.

Seldə ölən və yaralananların olmadığı bildirilib.

BƏƏ-nin Baş naziri və Dubay əmiri Şeyx Məhəmməd Bin Rəşid Əl Maktum Daxili İşlər Nazirliyinə daşqından zərər çəkmiş ərazilərə təcili yardım qrupları göndərməyi tapşırıb.


Share: