BƏƏ-nin İrandakı səfiri altı illik fasilədən sonra fəaliyyətini bərpa edəcək

BƏƏ-nin İrandakı səfiri altı illik fasilədən sonra fəaliyyətini bərpa edəcək

Birləşmiş Ərəb Əmirliklərinin İrandakı səfiri Saif Məhəmməd əl-Zaabi yaxın günlərdə Tehrandakı vəzifəsini bərpa edəcək.

Bu barədə  BƏƏ Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, Ərəb ölkəsinin Tehrandakı nümayəndəsi hələ 2016-cı ilin yanvarında geri çağırılıb. BƏƏ bu qərarı İranın Fars körfəzinin ərəb ölkələrinin daxili işlərinə davamlı müdaxiləsi ilə izah edib.

Mənbə: kommersant.ru

Share: