Alimlər yüksək sürətlə çalışan bir santimetrlik yumşaq robot yaradıblar.
O, hər saniyədə bədən uzunluğundan 70 dəfə daha artıq məsafə qaça bilir ki, bu da bəbirin qaçış sürətindən üç dəfə yüksəkdir.
Robot tərs çevrilmiş U formasına malikdir və elastik rezin kimi materialdan hazırlanıb. Onun içindən metal məftillər keçir. Bu naqillərdəki elektrik cərəyanı robotun ətrafındakı maqnit sahəsi ilə qarşılıqlı əlaqədə olduqda, o, hərəkət edir. Alimlər ümid edirlər ki, ixtira tibb sahəsində dərmanların çatdırılması və ya insan orqanizmində prosedurların aparılması üçün istifadə olunacaq.
Mənbə: gazeta.ru