Həkimlərin çox yaxşı bilib bizdən gozlətdiyi sadə hiylələr var. Məsələn bədənimizdəki nöqtələrə toxunmaqla özümüzü daha yaxşı hiss edə bilərik.
Müstəqil.Az Publika.az-a istinadla xəbər verir ki, tibbin bu növü hələ qədim Çində yaranıb. Çin masaj təbatətinə görə başınız ağrıyırsa, evdəki ağrıkəsici dərmanlardan içməyə gərək yoxdur. Xüsusən də bu dərmanlar sadəcə ağrı hissinizi keydir. Məsələ isə həll olunmur. Odur ki, bədəninizin müxtəlif nöqtələrinə toxunaraq ağrılardan qurtula bilərsiniz. Məsələn, biləyinizi barmağınızın ucu ilə masaj edərək, ürəkbulanmadan yaxa qurtara bilərsiniz. Qaşlarınızın arasındakı nöqtəyə yüngülcə basıb 15 dəqiqə ərzində ovuşdursanız, baş ağrılarınız zəifləyəcək.