Bədii ədəbiyyatda ən pis seks təsviri müəyyənləşdi

Bədii ədəbiyyatda sevişmə səhnələrini təsvir etmək yazıçıdan xüsusi ustalıq tələb edir. Bəlkə də deməklə asan gəlir, çünki sevişmə təxəyyül deyil, real səhnədir və ali həzz hər kəsin (?) yaşadığı bir hissdir.

Amma onu qələmlə təsvir etmək onu yaşamaq qədər asan olmaya bilər. Çox təhlükəli bir təsvirdir – ya erotikanın estetikasını yaradacaqsan, ya da çirkin təxəyyülün ürəkbulandırıcı görünüşü sözlərlə çimçəşdirəcək. Üstəlik, gülüş hədəfinə çevrilmək də var, tənqidçilər əsərin bu hissəsini əllərində bayraq eləyib hələ bir anti-mükafat da təqdim edə bilərlər.

Necə ki, “The Guardian” qəzetinin keçirdiyi illik dəyərləndirmə kimi. Bədii ədəbiyyatda ən pis seks təsviri müəyyənləşərək anti-mükafat təyin olunub. Bu ilin ən pis seks təsvirinə görə (“Dağıdıcılar” (The Destroyers) əsəri) yazıçı Kristofer Bollen mükafatlandırılıb.

Qeyd edək ki, K.Bollen Nyu-Yorkun tanınmış “İntervyu” qəzetinin redaktorudur. “Dağıdıcılar” onun 3-cü kitabıdır.

“The Guardian”ın qısa siyahısına isə aşağıdakı əsərlər daxil edilib:

1. Kristofer Boll – “Dağıdıcılar” (The Destroyers),

2. Loran Bin – “Dilin 7-ci funksiyası” (The 7th Function of Language),

3. Veneşiya Velbe – “Qaranlığın anası” (Mother of Darkness),

4. Neyl Qriffits – “Tanrı kimi ola bilər” ( As A God Might Be),

5. Caret Kobeko – “Gələcək uzun çəkməyəcək” (The Future Will not Be Long),

6. Uilburt Smit və Dervid Çörçil – “Müharibə harayı” (War Cry),

7. Saymon Ro – “Yenə əzablar başladı” (Here Comes Trouble).

Bu mükafatın niyə təsis olunduğunu, oxucu və münsiflərin niyə belə qıcıqlandığını maraq edənlər üçün “Müharibə harayı”ndakı sevişmə səhnəsindən bir parça verək:

“İndi səninlə yatacam”, – deyə Leon qadının əlindən tutub kimsəsiz çimərliyə gətirdi. Qumluğun quru olduğu yerə paltosunu çıxarıb ataraq qadını ora uzatdı.

– İlahi! – Leon özünü qadının üstünə yıxanda mızıldandı, – Hava necə soyuqdu? Penisim donub buz kəsəcək…

Qadın xımır-xımır gülərək dedi:

– Axmaq! Daha niyə dondurursan ki, tez onu isti yuvaya sox!”

Yazıçı bu təsvirə görə ölkədən qovulmadığına şükr edə bilər.

Şəfiqə ŞƏFA

Share: