Bərdə regional idarənin rəisi Yevlax şəhərində mədəniyyət işçiləri ilə görüş keçirib.

Bərdə regional idarənin rəisi Yevlax şəhərində mədəniyyət işçiləri ilə görüş keçirib.

Regional idarənin rəisi Yevlax şəhərində mədəniyyət işçiləri ilə görüş keçirib.

Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova Yevlax şəhərində mədəniyyət işçiləri ilə görüş keçirib.
Görüş öncəsi şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra çıxış edən regional idarənin rəisi mədəniyyət müəssisələrinin hazırkı vəziyyəti, mövcud problemlərdən, mədəniyyət sahəsində qarşıda duran hədəflərdən, bu sahədə mədəniyyət işçiləri üzərinə düşən vəzifələrdən, regionda əhaliyə göstərilən mədəni xidmət səviyyəsinin yüksəldilməsindən və bununla bağlı regional idarənin qarşısına qoyduğu məqsədlərdən geniş söz açıb.
Çıxışında qeyd edib ki, mədəniyyət müəssisələri insanlarla qarşılıqlı sıx əlaqədə işləməli, insanların mədəniyyət sahəsinə diqqətini artırmalı və onların mədəni-kütləvi tədbirlərdə iştirakı təmin edilməli, mədəniyyət müəssisələri fəaliyyət istiqamətlərini günün tələblərinə uyğun qurmalı, oxucuların kitabxanalara marağının daha da artırılması məqsədiilə “book-café” lər yaradılmalı, mədəniyyət müəssisələrində fəaliyyət göstərən dərnək üzvləri işlərini günün tələblər səviyyəsində qurmalıdır.
Həmçinin mədəniyyət müəssisələrində şəffaflığın tam təmin edilməsi, əmək intizamına ciddi riayət olunması, mədəniyyət müəssisələrində mövcud olan nöqsanların qısa müddət ərzində aradan qaldırılması, gənc və ixtisaslı kadrların önə çəkilməsi, sənədləşdirmə işlərinin düzgün aparılması, KİV-nin nümayəndələri ilə sıx əlaqələrin qurulması, keçirilən tədbirlərin və görülən işlərin sosial media platformalarında daha geniş şəkildə işıqlandırılması ilə bağlı tapşırıqlarını çatdırıb.
Regional idarənin rəisi Vəsilə Möhsümova vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstəriş və sərəncamları ilə Vətənin müstəqilliyi uğrunda sinəsini sipər etmiş şəhidlərimizin ailələrinə və qazilərimizə dövlət qayğısının göstərilməsi, onların sosial rifahının təmin edilməsi məsələləri daim diqqətdə saxlanılır. Bildirib ki, bu ənənəyə uyğun olaraq Bərdə Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi şəhər və rayonlarda çalışan mədəniyyət işçiləri şəhid ailələrini, qaziləri və müharibə iştirakçıları daim diqqət mərkəzində saxlamalı, onları mütəmadi olaraq ziyarət etməlidir.
Sonda mədəniyyət işçilərinin sual və təklifləri dinlənilib, onlarla fikir mübadiləsi aparılıb.

Share: