Bərdədə 14 yaşlı qızın hamilə qalmasına görə araşdırma başladıldı

Bərdədə 14 yaşlı qızın hamilə qalmasına görə araşdırma başladıldı

Bərdənin Nəcəfqulubəyli kəndində 14 yaşlı qız hamilə qalıb.

Müstəqil.Az “Qafqazinfo” ya istinad edərək xəbər verir ki, hamilləlik oğlan tərəfinin israrı ilə qeyri-ənənəvi üsulla qızın bətnində məhv edilib.

Abort zamanı qızın 3 aylıq hamilə olduğu bildirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı “Qafqazinfo”ya bildirib ki, faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb:

“Müvafiq ekspertiza təyin olunub. Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.

Müstəqil.Az

 

Share: