Bərdədə müəllimin həyat yoldaşını bıçaqlaması ilə bağlı yayılan iddiaya aydınlıq gətirilib

Bərdədə müəllimin həyat yoldaşını bıçaqlaması ilə bağlı yayılan iddiaya aydınlıq gətirilib

Bərdədə müəllimin həyat yoldaşını bıçaqlaması ilə bağlı yayılan iddiaya aydınlıq gətirilib

“Mingəçevir şəhər Bülbül adına 2 nömrəli Uşaq Musiqi Məktəbinin fortepiano ixtisası üzrə müəllimi Nuriyeva Nuranə Mehdi qızının ailədaxili münaqişə zəminində həyat yoldaşına bıçaqla xəsarət yetirməsi barədə yayılmış məlumat ilə əlaqədar bildiririk ki, hadisə ilə bağlı məktəb rəhbərliyi tərəfindən Nuranə Nuriyeva ilə görüş keçirilib”.

Bu barədə -nın sorğusuna cavab olaraq, Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinindən məlumat verib.

Bildirilib ki, görüş zamanı Nuranə Nuriyeva həyat yoldaşı ilə aralarında ailə münaqişəsinin olduğunu, həyat yoldaşı ilə ayrılmaq istədiyini bildirmiş, lakin həyat yoldaşına bıçaqla heç bir xəsarət yetirmədiyini qeyd edib:

“Eyni zamanda nəzərinizə çatdırırıq ki, Nuranə Nuriyeva 11.03.2024-cü il tarixi üçün Mingəçevir şəhər Polis şöbəsinə dəvət olunub”.

O da qeyd olubub ki, Nuranə Nuriyevanın məlumatına əsasən əri, ondan ayrılacağı təqdirdə özünə xəsarət yetirəcəyi, onu tutduracağı, işdən çıxaracağı, uşağı əlindən alacağı ilə şantaj edirmiş (bu barədə səs yazıları da var). Sonuncu münaqişə zamanı da ərinin özünə xəsarət yetirdiyi bildirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru polis kapitanı Aslan Qiyaslı -nın sorğusuna cavab olaraq bildirib ki, fakt üzrə Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır.

Share: