Bərdədə “Zəfər sədası” adlı təntənəli bayram konserti keçirildi

Bərdədə “Zəfər sədası” adlı təntənəli bayram konserti keçirildi

Bərdədə Zəfər Gününə həsr olunmuş “Zəfər sədası” adlı təntənəli bayram konserti keçirilib

8 Noyabr-Zəfər Günü ilə əlaqədar Bərdə rayon Mədəniyyət Mərkəzində Azərbaycan Dövlət Xalq Çalğı Alətləri orkestrinin (bədii rəhbər və baş dirijor, Azərbaycan Respublikasının xalq artisti, professor Ağaverdi Paşayevdir) “Zəfər sədası” adlı təntənəli bayram konserti keçirilib.
Konsertdə şəhid ailələri, qazilər, mədəniyyət, incəsənət xadimləri, icra hakimiyyəti, digər idarə və təşkilatların əməkdaşları, ictimai fəallar və media nümayəndələri iştirak ediblər.
Konsert qəhrəman şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsələndirilməsi ilə başlanıb. Giriş nitqi ilə çıxış edən Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin böyük cəsarəti və əzmkarlığı sayəsində Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı möhtəşəm Qələbədən geniş söz açıb, Zəfər Günü münasibəti ilə təbriklərini çatdırıb.
Proqramda Azərbaycan Dövlət Dövlət Xalq Çalğı Alətləri orkestrinin solistləri Əməkdar artist Anar Şuşalı, Televiziya Muğam Müsabiqəsinin qalibi Səbinə Allahverdiyeva, II Televiziya Muğam Müsabiqəsinin iştirakçısı Rəvanə Qurbanova, Əməkdar artist Almaz Orucova, VIII Televiziya Muğam Müsabiqəsinin iştirakçısı Məftun Səfərli, Beynəlxalq və Respublika müsabiqələrinin qalibi Vaqif Təhməzov, Süleyman Süleymanov, Əməkdar artist Nərgiz Kərimova, Taleh Yahyayev, Səbinə Allahverdiyevanın ifasında bayram ab-havalı bəstəkar və xalq mahnıları ifa olunub.
Yüksək vətənpərvərlik, qələbə duyğuları və coşğu ilə keçən konsert proqramı izləyicilər tərəfindən böyük məmnunluq və razılıqla qarşılanıb.

Müstəqil.az

Share: