Bəşər Əsəd Ərdoğanla bu şərtlə görüşə bilər

Bəşər Əsəd Ərdoğanla bu şərtlə görüşə bilər

Suriya Prezidenti Bəşər Əsəd türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla hansı şərtlə görüşəcəyini açıqlayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Əsədin əsas tələbi Suriyanın şimalındakı əməliyyatlara son qoyulmasıdır.

“Bu cür danışıqların məhsuldar olması olduqca vacibdir. Dəməşqin gözlədiyi konkret hədəflərə çatması üçün  əvvəlcədən koordinasiya və planlaşma aparılmalıdır”, – deyə Əsəd vurğulayıb.

Qeyd edək ki, Türkiyə və Suriya prezidentləri 11 ildən sonra ilk dəfə fevral ayında görüşəcəkləri bildirilir.


Share: