Müstəqil.Az xəbər verir ki, əməkdar incəsənət xadimi, bəstəkar Nadir Əzimovun qızı Müğənni Ləman Əzimovanın toyu olub. Bu barədə Müstəqil.Az-a Şair Fuad Biləsuvarlı məlumat verib.
Toy Bakı Əyləncə Mərkəzində keçirilib, toyda bir çox müğənnilər : Brilliant Dadaşova, Eyyub Yaqubov, Zamiq Hüseynov, Faytonçu Nazim, Xəyyam Nissanov, Elton Hüseynəliyev, Təranə Mahmudova, Ceyhun Bakinski, Samir Piriyev, Dana, Robert Tağıyev və sair tanınmış sənət adamları iştirak edərək öz gözəl mahnıları ilə məclisi daha da şənləndiriblər.
Bu ailənin yaxın dostu kimi Fuad Biləsuvarlı da Əməkdar İncəsənət Xadimi Nadir Əzimovu və xanımı Lalə xanımı ürəkdən təbrik edir!
Ailə quran cütlüyə xoşbəxtlik arzulayırıq.
Hörmətlə:
Fuad Biləsuvarlı
AYB-nin və AJB-nin üzvü, Prezident mükafatçısı