“Bəxt üzüyü 2” filminin qalası oldu – FOTO

Xəbər verdiyimi kimi dünən Xalq şairi Vaqif Səmədoğlunun 80 illik yubileyinə həsr olunmuş “Bəxt üzüyü 2” filminin qala gecəsi baş tutub.

Müstəqil.az xəbər verir ki, ssenarisi Ələkbər Əliyev, Tahir və Cabir İmanov qardaşlarına aid olan komediya filminin rejissorluğunu Ənvər Mansurov edib.

Təqdimat mərasimində ekran işinin yaradıcı heyəti: Xalq artistləri Afaq Bəşirqızı, Valeh Kərimov, Arif Quliyev, Rəfael Dadaşov, Tahir və Cabir İmanov qardaşları, aparıcı Fariz İlyasov, aktrisa Duyğu Dəvəli, tanınmışlardan Aygün Kazımova, Murad Dadaşov, İlkin Həsəni, Oksana Rəsulova, Dilarə Əliyeva, Sevda Yahyayeva və başqa sənət adamları iştirak edib.

Share: