Ta qədimdən yer, yurd adları insanların adına yaraşdırılmış və tanınan adların tərkib hissəsi kimi yaddaşlarda qalımış, tarixin səhifələrindən bu günə qədər oxyuna-oxuna gəlmişdir.
Bundan əlavə elə sözlərimiz var ki, Türk dünyası coğrafiyasında geniş yayılmaqda və bu günümüzə qədər gəlib çatmaqda
Belə sözlərdən biri də ta əski çağlarda Bayandır sözüdür ki, bu söz şöhrətli titul kimi şəxsiyyətlərə də ad kimi verilib, yer-yurd adı kimi də çağrılıb. Tanınmış türkoloq alim, professor Minə xanım Təkləli ilə Müstəqil.Az-n yeni “Unudulan tarix” layihəsində bu haqda söhbətimizi oxuculara təqdim edirik.
– Mina xanım, Bayandırlar tayfa olaraq yaşamışlar və bu günümüzə qədər də özlərini bu tayfanın övladı hiss edənlər var. Bayandırlar kimdir?
– Bayandırlar Türk tayfasıdır və bu gün də Türk dünyasının ayrı-ayrı coğtafilayalarında yaşamaqdadırlar. Sualınıza gəldikdə isə, deyim ki, güclü Oğuz tayfası olan Bayandırlar Kiçik Asiyanın fəthində iştirak etmiş 24 böyük Oğuz tayfasından biridir. Bayındırlar həm də Üç Ok qəbilə ocaqları olan Çepni, Eymur, İqdır, Kınık, Salur, Çavuldur kimi həmin qəbilənin qollarından biridir.
– Bu ada hansı mənbələrdə təsadüf olunur?
– Bir çox mənbələrdə bu adla bağlı məlumatlar mövcuddur. Deyim ki, Ərəb mənbələrində Quz soyları sırasında qeyd olunan Bayandırlar tarixi qaynaqlarda həm şəcərə, həm də güclü Türk qövmü adı olaraq da rastlanır: Bayandır Dədə Qorqud dastanlarında mərkəzi obraz səciyyəsində iştirak edir; xaqan, xanlar xanı Bayandır şəklində keçir. Qeyd edək ki, Türk uluslarında elin, tayfanın adı ilə elbaşının adının eyniyyət təşkil etməsi normal haldır; müqayisə edək, məsələn; Noqaylar və Noqay xan, Özbəklər və Özbək xan, Tatarlar və Tatar xan…
– Professor, Bayandırlar Azərbaycanın da siyasi həyatında vacib rol oynamış, ictimai-siyasi həyat səhnəsində fəal çıxış etmişlər.
– Elədir. Ağqoyunlu höküməti Bayandırlar nəslindən idilər. Doktor Mehmet Eröz özünün tarixi tədqiqlərində Ağqoyunlu hökmdarı Uzun Həsənin Bayandır boyuna mənsub olmasını yada salır. Bu adla bağlı Eröz qeyd edir ki, Türkiyənin İzmir diyarında bir qəza və bir çox köylər Bayandır adı daşımaqdadır. Bununla yanaşı təəssüflə göstərir ki, Vurdur Gölhisarına bağlı Bayandır köyünün isə adını dəyişdirmişlər. O,1987-ci ildə İstanbulda dərc olunan “Atatürk. Milliyyetçilik, Doğu Anadolu” kitabında bu haqda yazır: “Bayandırlar, Oğuzların islamiyyətdən əvvəlki tarixlərində olduqca mühüm rollar oynamış boylardan biridir.”
Türkiyədə XV-XVI əsrlərə aid təhrir dəftərlərində 52-yə qədər köy və məzrə Bayandır adını daşıyırdı. Anadolunun orta və qərb bölgələrində bulunan bu yer adları, Səlcuqlar dövründə Anadolunun bir Türk yurdu halına gətirilməsində Bayandırların mühüm bir rol oynadığını göstərir. Vaxtilə Hələb türkmanları içərisində də Bayandırlar üstünlük təşkil etmişdilər. Xəzərin qarşı üzündə Bayandırların varlığı Türkmənistanda da bəlidir.
Yurdumuza gəldikdə isə deməliyik ki, tarixən Bayandırlar Qarabağda və Göyçə gölü ətrafında yaşamışlar.
– Yer adları olaraq bəs necə?
– Bayandırlarla bağlı yer adları Azərbaycanda Bərdə və Tərtər rayonunun Bayandırlı kəndləri, Gəncə altında və Laçın rayonunda Zabux çayının qolu olan Bayandır çayı, Tərtər bölgəsində Bayandır düzü; Türkiyədə Bayandır şəhəri və İzmir elinə bağlı kənd adları bu tayfanın çox geniş ərazilərdə yayılmasını göstərir.
– İndiki Ermənistan ərazisində də bu adla bağlı toponimlər olub.
– Elədir. Tarixi torpaqlarımız olan Qərbi Azərbaycanda iki Bayandır kəndi olmuşdu. Axuryan rayonuna bağlı Bayandır 1918-ci ildə qırğın vaxtı dağıdılmış, Gorus rayonuna aid olan Bayandır kəndinin şöhrətli adı isə 1968-ci ildə Vaqatur adı ilə əvəz edilmişdir.
– İndiki Rusiya ərazilərində bu alara təsadüf olunurmu? Axı türk tayfalarının bu ölkənin bir çox ərazilərində məskunlaşması, onların əzəli torpaqlarının olması bu gün də hər kəs tərəfində etiraf olunur.
– İndiki Rusiyada türk dilli xalqalar yaşayın, yaşayır və yaşayacaq.V.Bartold və eləcə də M.Artamonov XI-XII əsrlər arasında qədim Rus dövlətinin daxili həyatında mühüm rol oynamış türk tayfalarından geniş bəhs ediblər. Bu tayfalardan biri də indiki söhbətimizin mövzusu olan Bayandırlardır. Hər iki tədqiqtatçı biri olan Berendeyləri Bayandırlarla eyniləşdirirlər.
– Berendeylər Bayandırlar ki təqdim olunursa bu haqda bir qədər ətraflı danışardız…
-Məlum həqiqətdir ki, köçəri türk qəbiləsi berendeylər XI-XII əsrlərdə Cənubi Rus çöllərində sakin idilər. Rus salnamələrində Berendeylər barədə ilk dəfə 1097-ci ilə dair qeydlərdə rast gəlinir. Düzdür, digər qaynaqlarda Bayandırların Qıpçaq boyuna mənsubluğu göstərilir. Lakin bütün hallarda Berendeylər Rus ərazilərində çox geniş şəkildə yayılmışdılar. Porosyadan əlavə onlar hətta Vladimir-Suzdal toprağında məskun idilər; bunu indiyədək saxlanmış tarixi Moskvada Berendeyev slabodası, Moskva altında Berendeyev stansiyası, Berendeyev bataqlığı və Rus yarıməfsanəvi nağıl qəhrəmanı “Berendey xalqının hökmranı çar Berendey” obrazı və s. adlar sübut edir. Görünür onlar Yuri Dolqoruki və oğlu Andrey Boqolyubskinin Kiyev taxt-tacı uğrunda apardıqları savaşları müddətində gəlib çıxmışdılar. Eləcə də Ukraynanın Berdiçev şəhərinin əvvəllər – XVIII əsrədək Berendiçev adlandığı məlumdur.
1146-cı ildən etibarən bir çox Türk soyları kimi Güclü Türk icması olan Qara klobukların tərkibinə daxil olmuşlar. XIII əsrin başlanğıcında berendeylərin böyük qismi Bolqarıstana və Macarıstana mühacirət etmiş, qalanı Qızıl Orda dövlətinin əhalisi ilə qaynayıb qovuşmuşdular.
-Minə xanım, bu haqda ətrafl hansı tarixi mənbələrə istinad etmək olar?
-Məbələr çoxdur. Yuxarıda bəhs etdiyim kimi Mehmet Erözün 1987-ci ildə İstanbulda dərc olunan “Atatürk, Milliyətçilik Doğu Anadolu” kitabı, İslam Ansiklopedisi, S.A. Pletanovanın elmi araşdırmasında və A.V. Superanskayanın “Имя через века и страны” əsərkırində dolğun məlumatlar var.
Söhbətləşdi:
Faiq Balabəyli