Müstəqil.Az tanınmış şair Gün Ay Ümüdlə müsahibəni tgəqdim edir
– Çox insan başa düşmədiyi musiqilərə qulaq asır. İngilis, fransız, rus və sair yabançı dillərin musiqisi bu dinləyicilərin maraq dünyasındadır. Mənasını başa düşmürlər, amma mahnıdan zövq alırlar. Ədəbiyyatda da belə hal varmı?
-Musiqi ruhun qidasıdır. Mahnının sözlərini başa düşməmək olar, ancaq musiqinin dili olmur, o qəlbə hakim kəsilir. Ədəbiyyat isə həm ruhun, həm də düşüncənin qidasıdır. Dolayısı ilə və həm də birbaşa insan oxuduğunu mütləq anlamalıdır. Ədəbiyyat da zövqdür…
– Ədəbiyyatda yaşamaq və mövcud olmaq arasında fərq nədir?
-Zənnimcə ədəbiyyat adamı konfiqurasiyası dəyişmiş insandır. Onun yaşaması, cəmiyyətdə mövcud olması kimi qarşılana bilər. Onun dünyası gercəklikdən uzaq, amma paradoksal şəkildə həqiqətə yaxındır…
-Əgər sizinlə bəzən özünüzlə danışdığınız kimi danışan bir dostunuz olsaydı, bu insanın sizinlə dost olmasına nə qədər icazə verərdiniz?
-Özünü qəbullanmaq və özüylə barışmaq hələ özüylə dost olmaq deyil. Mən özümlə barışıq və özümü qəbul edərək özümə qarşı sayğıda qüsur etməyən insanam. Bəzən olur ki, hansısa xoşagəlməz bir hal olanda özümdən üzr də istəmişəm. Amma özümlə heç vaxt dost ola bilməmişəm. İcimdəki mən cox həssas , tez qırılan, və tələbkardı. Odur ki, mənim özümlə danışdığım kimi dostum olsaydı mütləq onunla yolumu ayırardım.
–Neçə yaşında olduğunuzu bilməsəydiniz neçə yaşınız olardı?
-Bir yazımda yazmışdım ki, kimin yaşı ayaqqabısının razmerini keçməyib deməli gəncdir. Mənim də yaşım hələ ayaqqabımın razmerini keçməyib…
-Əgər səhvlərimizdən dərs alırıqsa, niyə həmişə səhv etməkdən belə qorxuruq?
-Həyatda təcrübəli adam çox səhv etmiş insanlar olur. Təsadüfü deyil ki, insan səhflərindən qorxur. Cünki həyat ən qəddar müəllimdir, öncə imtahan edir, sonra dərs verir.
– Sizin üçün münasibətləri pozan nədir?
Təmənna!
-Siz taleyə daha çox inanırsınız, yoxsa biz öz taleyimizin yaradıcısıyıq, çünki biz iradə azadlığı ilə idarə olunuruq, düşünürsüz?
-Tale, alın yazısı, qismət, linqivistikada müxtəlif cür tələffüz olunan bu sinonimlər həm də, bzim iradə güçümüz zənginləşdirməyə yarayır. İradə azadlığı isə nisbi məhfumdur.
-Əgər sizə Tanrının olmadığına dair təkzibedilməz dəlillər təqdim edilsəydi, düşüncə prosesiniz necə olardı?
-Əslində biz hamımız Allahın varlığını yaradılış olaraq, inistiqtiv olaraq idrak edirik. Biz ona “Allah”, ruslar “Boq” , budistler “Tanrı”(və.s) deyir. Mənə görə Allah bizim içimizdəki inamın adıdır. Kimin inamı nə qədərdirsə imanı da o qədərdir. Əgər gətirdiyiniz dəlillər məni tanidığım Allahdan uzaqlaşdıracaqsa mən yeni Allah axtarışına çıxacam. Cünki, insan fitrət olaraq nəyəsə inanmağa məhkumdur.
– Bəşəriyyəti narahat edən bir sual, qadın nə istəyir?
-Qadın güclü tərəf müqabili istəyir. Nəvazış və qayğı göstərmək isə yalnız güclü kişilərin öhdəsindən gələ biləcəyi işdir. Belə olan halda, qadın dəyərli olduğunu hiss edər. Dəyərini bilən qadın isə qarşısındakı insana dəyər verən qadındır!
-Həyatınızdan razısınız?
-Mən həyatımdan razıyam, çünki başqacürünü yaşamamışam, bilmirəm. Bəzən həyatla hesablaşmayanda həyat məndən razı olmur.
-Sonda özünüzə sualınız nə olardı?
-Bir çox hallarda, başqa adamların əhatəsində özü olmaqdan çəkiniən insanlara xərclədiyim zaman heyif deyildimi !?
Söhbətləşdi: Amid İsmayılov