Bəzi dövlət müəssisələri və avtomobillər özəlləşdiriləcək

Bəzi dövlət müəssisələri və avtomobillər özəlləşdiriləcək

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2 və 9 avqust tarixlərində özəlləşdirmə hərracları keçiriləcək.

Xidmətdən Müstəqil.Az – a verilən məlumata görə, avqustun 2-də keçiriləcək hərraca 5 səhmdar cəmiyyətin səhm paketi, 10 kiçik dövlət müəssisəsi, 9 avqustda təşkil olunacaq hərraca isə 7 kiçik dövlət müəssisəsi, 2 yarımçıq tikili və 17 nəqliyyat vasitəsi çıxarılacaq.

Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri iqtisadiyyatın müxtəlif sahələrinə aiddir. Belə ki, onların arasında kafe, yardımçı təsərrüfat, mağaza, kənd klubu, anbar, yeraltı dayanacaq və digər təyinatlı obyektlər var. Satışa çıxarılacaq müəssisə və obyektlər paytaxt Bakı ilə yanaşı, bölgələrimizdə də yerləşir. Digər üstün cəhət isə bu obyektlərin əksəriyyətinin torpaq sahələri ilə birgə özəlləşdirilməyə çıxarılmasıdır.

Özəlləşdirilməyə çıxarılan səhmdar cəmiyyətləri sənaye, kənd təsərrüfatı, təmir sahələrinə aiddir. Səhmdar cəmiyyətlərin səhm paketləri nizamnamə kapitalının 30-45%-ni təşkil edir.

Hərraca çıxarılan nəqliyyat vasitələrinin əksəriyyəti Rusiya və Almaniya istehsalıdır.

Dövlət əmlaklarının tam siyahısı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin saytından tanış olmaq olar.

Müstəqil.Az

Share: