Yanvarın 24-ü saat 10:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunub. Bəzi yerlərdə sulu qar, qar yağır. Ayrı-ayrı yerlərdə intensiv olub.
Milli Hidrometeorologiya Xidmətindən -ya verilən xəbərə görə, qar örtüyünün hündürlüyü Qaxda 45 sm, Zaqatalanın dağlıq ərazisi olan Əlibəydə 44 sm, Kişçay (Şəki), Ordubadda 29 sm, Daşkəsəndə 26 sm, Yardımlı, Gəbədəydə 20 sm, Qəbələdə 18 sm, Göygöldə 17 sm, Lerikdə 16 sm, Qrızda 13 sm, Şəki, Şahbuz, Biləsuvarda 12 sm, Xaltan, Quba, Oğuzda 11 sm, Zaqatala, Qusarda 9 sm, Göytəpə, Naxçıvan, Altıağac, Tovuzda 8 sm, Ceyrançöldə 7 sm, Sədərəkdə 6 sm, Göyçay, Mingəçevir, Şərurda 5 sm, İmişli, Tərtər, Şabranda 4 sm, Qobustan, Ağdam, Ağstafada 3 sm, Gəncədə 2 sm, Culfa, Şəmkirdə və Bakıda və Abşeron yarımadasında 1 sm olub.
Düşən yağıntının miqdarı Yardımlıda 26 mm, Lənkəranda 25 mm, Sarıbaşda (Qax) 19 mm, Lerik, Göyçayda 16 mm, Şərur, Cəlilabadda 15 mm, Astarada 14 mm, Zərdab, Lerikdə 12 mm, Biləsuvar, Gədəbəydə 11 mm, Kişçay (Şəki), Qəbələ, Oğuz, Kürdəmir, Şəki, Şahbuz, Daşkəsən, Beyləqan, İmişli, Zaqatala, Mingəçevir, Sabirabad, Ağdam, Neftçala, Tovuz, Göygöl, Naxçıvan, Balakən, Quba, Xaltan, Bərdə, Yevlax, Ordubad, Altıağac, Qusar, Tərtər, Qobustan, Sədərək, Şabran, Gəncə, Zaqatalanın dağlıq ərazisi olan Əlibəydə, Qrız, Şahdağ, Şamaxı, İsmayıllı, Ağstafa, Naftalan, Culfa, Salyan, Ceyrançöl, Ağsu, Ağcabədi, Şirvanda 10 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 9 mm-dək olub.
Şimal-qərb küləyi arabir Naftalanda 18 m/s, Şirvan, Ordubadda 16 m/s, Bakıda və Abşeron yarımadasında isə 15-20 m/s-dək güclənib. Neft daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3 metrə çatıb.
Bakıda və Abşeron yarımadasında 0 dərəcəyə yaxın, Naxçıvan MR-da 2-5 dərəcə şaxta, Aran rayonlarında 1 dərəcəyədək şaxta, dağlıq rayonlarda 7 dərəcəyədək şaxta, yüksək dağlıq ərazilərdə isə 15 dərəcəyədək şaxta olub.