Sabah Azərbaycanın bəzi avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq.
Bu barədə “Qafqazinfo”ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Martın 6-da ölkə ərazisində dumanlı hava şəraiti ilə əlaqədar olaraq, gecə və səhər saatlarında bəzi magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 m-dək məhdudlaşacağı gözlənilir.