Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov onun ünvanına dillə bağlı səsləndirilən tənqidlərə cavab verib.
Müstəqil.az xəbər verir ki, Məmmədyarov Trend agentliyinə müsahibəsində onu anlamaq istəyənlərin nə dediyini yaxşı başa düşdüklərini deyib.
Agentliyin “Son zamanlar sosial şəbəkələrdə sizin İstanbul şəhərində etdiyiniz çıxış ətrafında çox müzakirələr aparılır. Onu da deyim ki, sizi tənqid edən şəxslərlə yanaşı, sizi müdafiə edən çoxsaylı həmvətənlərimiz oldu. Məsələyə münasibətinizi öyrənə bilərikmi?” sualına cavabında nazir bildirib: “Bilirsiniz, məni anlamaq istəyən nə dediyimi çox yaxşı başa düşür, anlamaq istəməyənlərə gəldikdə isə, babalı onların boynuna”.
Qeyd edək ki, E. Məmmədyarovun İstanbulda Azərbaycan-Türkiyə-İran XİN rəhbərlərinin görüşündə çıxışı ona qarşı “Azərbaycan dilini bilmir” tənqidlərinin səslənməsinə səbəb olub.