Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) Zaporojye AES-ə səfərinin nəticələrinə dair hesabat dərc edib.
Sənədə əsasən, BAEA Zaporojye AES-in və ona bitişik ərazinin atəşə tutulmasını dərhal dayandırmağı tövsiyə edib.
Hesbatda təşkilat AES ətrafında dərhal təhlükəsizlik zonası yaratmağa çağırıb. Bu məqsədlə qurum dərhal məsləhətləşmələrə başlamağa hazır olduğunu bildirib.
BAEA ekspertlərinin fikrincə, Zaporojya atom elektrik stansiyası ətrafında təhlükəsizlik zonasının yaradılması hərbi əməliyyatlar zamanı mümkün nüvə insidentinin qarşısını almağa kömək edəcək.
Bundan əlavə, BAEA ZAES-də nüvə təhlükəsizliyi prinsiplərini pozan insidentlərin aşkar olunduğunu vurğulayıb.
Agentlik qeyd edib ki, Zaporojye istisna olmaqla, Ukraynanın digər üç atom elektrik stansiyası təhlükəsiz işləyir.
Mənbə: TASS