BAFTA-nın qalibləri bəlli oldu

BAFTA-nın qalibləri bəlli oldu

Britaniya Kino və Televiziya Sənəti Akademiyası tərəfindən Böyük Britaniyada yayımlanan və televiziya dünyasının ən nüfuzlu mükafatlarından sayılan BAFTA Televiziya Mükafatlarının builki qalibləri məlum olub.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, İngiltərənin paytaxtı Londonda Royal Festival Hall-da keçirilən 2023-cü il BAFTA Televiziya Mükafatlarının qalibləri bəlli olub. Komediyaçılar Rob Bekett və Romeş Ranqanatanın aparıcılıq etdiyi mərasimdə Keyt Uiinslet “I Am Ruth” filmindəki roluna görə “Ən yaxşı aktrisa” mükafatını qazanıb. Qızı Mia Triplton ilə birlikdə rol aldığı film “Ən yaxşı dram” mükafatını qazananda ana-qız birlikdə səhnəyə çıxıblar.

BAFTA-2023-ün qaliblərini təqdim edirik.

Ən Yaxşı Dram Serialı

Bad Sisters

Ən Yaxşı Mini Serial

Mood

Ən Yaxşı Beynəlxalq Serial

Dahmer – Monster: The Jeffrey Dahmer Story (Netflix)

Ən yaxşı aktyor

Ben Uişou – This Is Going to Hurt (BBC One)

Ən yaxşı aktrisa (Komediya)

Sioban MakSuinni – Derry Girls (Kanal 4)

Ən Yaxşı Aktyor (Komediya)

Lenni Raş – Am I Being Unreasonable? (BBC One)

Ən yaxşı ikinci plan aktyoru

Adil Axtar – Sherwood (BBC One)

Ən yaxşı ikinci plan aktrisası

Enn-Mari Daff – Bad Sisters (Apple TV+)

Ən yaxşı əyləncə perfomansı

Klaudiya Uinklman –The Traitors (BBC One)

Ən yaxşı realiti proqramı

The Traitors (BBC One)

Ən Yaxşı Gündəm Proqramı

Children of the Taliban (Kanal 4)

Ən Yaxşı Əyləncə Proqramı

The Masked Singer (ITV)

Share: