BAĞBANIN HEKAYƏSİ
– Bağdan sonra, hasarın diblərini də dərmənlayarsan, qarışqa zad olur!- ayağını ayağının üstə aşırdıb, kölgədə çay içə-içə telefonda prikollara baxıb, öz -özünə gülən, hərdən də onunla dindən, halalıqdan danışan, keçəl, ağ buxaqlı, boynu balaqlı gənc adam dilləndi. İstədi etiraz etsin, şərtdə belə iş nəzrdə tutulmurdu, lakin gözünün önünə əlli manat və daxmasının apxa tətəfindəki günü- gündən genişlənən çatlar gəldi… O dayanıb, bir xeyli baxdıqdan sonra, başı ilə razılaşdığını bildirdi… Min beş yüz düzəldib, öz həyətində yeni ev tikməyə mane olan, üç-beş kubik hörüləndən sonra gəlib uçurdan dəstənin başçısı, balcaboy, arıq, qarasifət, tülkügöz, hərdənbirsöz, siçanburun, eşşəkqulaq, at mədəli, məmur vəsiqəli adama rüşvət verməliydi… Hesabladı ki, əllinin iyrmisini xərcləyər, otuzunu yığar… Əlli dəfə bu cür iş düşsə, tikintiyə icazə ala bilərdi…
İş qurtaranda, ağbuxaqlı keçəl adam sözünü, özünü, iyirmi manata satdı, israfçılığa, qənatə, halalığa vəs. aid xeyli “ibrətamiz” misallar gətirib mübahisə etdi, onun istidən qurumuş boğazında səsi batdı, ancaq otuz mantdan artıq ala bilmədi.
Suzundan yanırdı, evə çatmağa dözə bilmədi. Yolüstü çay içmək istədi. Daxil olduğu məkanda dedilər burda çay verilmir, ancaq yemək-içmək olar. Həyətdəki ağacların altında səliqəli, ağ süfrəli masalarda yer də yox idi… Nəhayət, boynundan ad-familyası, vəzifəsi asılmış biri yaxınlaşıb, küncdə ona əyləşməyi çün yer göstərdi…
Limonlu çaydan dalba-dal üç armudu stəkan içdi, özünə gəldi. Öz-özünə düşündü ki, yox, hələ bu dünyada yaxşı insanlar da vardır və dünya ona görə dağlımır… Sərin meh əsirdi, önünə qoyulmuş qozdan, badamdan, şirniyyatlardan yeyə-yeyə dincəlirdi, xəyalları hərdən gəncliyə də qayıdırdı. Kök, bəstəboy, özündəntoy, tapdığını üz gözünə sürtən, dörddodaqlı adam hərnəgəldi oxuyurdu. Masalara yaxınlaşırdı, pul qoyurdular hara gəldi… Onun da yanına yaxınlaşdı, nə isə qoxuyurdu… Tapdı, bu həmən – payızda qoyunun içinə qoç qatanda sürüdən gələn qoxuyudu…
Arxa tərəfədki masadan bərk gülüşmə səsləri gəldi, çönüb, baxdı. Onlar idi, tikməyə başlamaq istədiyi evi ucalmağa qoymayan, tez-tez təpikləyib kubiklərini aşırdanlar…
Masalrının üstündə barmaq tıqqıldatmağa yer yox idi. Hər cür kabablr, içiki, meyvə, yanlarında isə suptropik, gilmeyvəli, gülüşü səbzəli xanımlar… İçi, çölü kiçikboylu, qaraüz başçı adam onun geri çönüb baxmasına əsəbləşdi, lakin tanıyanda gülüb, dedi:- yalvarıb, özünü öldürürsən ki, pulum yoxdur, gör gəlib harda çay içirsən! İndi gör yeməyi harda yeyirsən! Ehh, mən sizləri çox yaxşı tanıyarm e…
Yemək sözünü eşidən kimi elə bil yuxudan ayıldı. Evə tez getməli idi. Tezdən yoldaşı demişdi ki,– namazımı qılım, uşaqlar makoron qaynadacam, yuxudan durunda yesinlər. Səhər yeməyinə heç nə yoxdur. Pulun olsa , xörək yağı da alarsan. İNŞALLAH işlərin uğurlu olar… O cəld iki manatlıq çıxarıb, çaynikin altına qoyub, sürətli addımlarla getməyə başladı. Restoranın qapısına çatanda, kiminsə çağırdığını eşitdi, çönüb baxdı. Həmin “yaxşı adam” idi. Elə bayaqkı kimi, gülə-gülə ona çek uzatdı. Alıb, baxdı, 25 manat 50 qəpik yazılmışdı.
Sadıq Qarayev