Bağdad Amreyevdən sərhəd münaqişəsi barədə bəyanat

Bağdad Amreyevdən sərhəd münaqişəsi barədə bəyanat

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyev Qırğızıstan-Tacikistan sərhədində baş verən qarşıdurma ilə bağlı bəyanatla yayıb. Bəyanatda hər iki tərəfdən insan tələfatına səbəb olan gərginlikdən dərin narahatlıq ifadə olunub. Baş katib həlak olanların ailələrinə başsağlığı verib, yaralıların tezliklə sağalmasını arzu edib.

Amreyev tərəfləri diqqətli olmağa və gərginliyin daha da artmasına səbəb ola biləcək hərəkətlərdən çəkinməyə, vəziyyəti sabitləşdirmək üçün ortaq tədbirlər görməyə çağırıb.

“Xüsusilə Qırğızıstan tərəfinin barışın bərpasına verdiyi töhfəni vurğulayırıq. Türk Şurası təşkilatın qurucu üzvü olan qardaş Qırğızıstanla mövzu ilə bağlı sıx təmasda olmağa davam edəcək”.

Müstəqil.Az

Share: