Baimenov: “Astana Regional Habı beynəlxalq təcrübəni Azərbaycan ilə bölüşməyə hazırdır”

Baimenov: “Astana Regional Habı beynəlxalq təcrübəni Azərbaycan ilə bölüşməyə hazırdır”

“Astana Regional Habı BMT-nin Beynəlxalq Dövlət Qulluğu Komissiyasının təcrübəsini Azərbaycan və habın digər iştirakçıları ilə bölüşməyə hazırdır”.

“Report” xəbər verir ki, bu barədə jurnalistlərə Dövlət Qulluğu üzrə Astana Regional Habın Rəhbər Komitəsinin sədri Alixan Baimenov məlumat verib.

“Biz BMT-nin Beynəlxalq Dövlət Qulluğu Komissiyasının təcrübəsini təşkilatın üzvləri, o cümlədən Azərbaycan üçün əlçatan etməkdə maraqlıyıq”, – o deyib.

Onun sözlərinə görə, bu komissiya BMT-nin bütün agentliklərində insan resurslarını tənzimləyən aparıcı təşkilatlardan biri olmaqla yanaşı, həm də habın mühüm tərəfdaşlarından biridir:

“COVID-19 pandemiyasının fəsadlarının, regional və digər dəyişikliklərin fonunda müasir dünya dövlət idarəetməsində yeni keyfiyyət tələb edilir ki, bu da öz növbəsində insan kapitalından asılıdır”.

Dövlət Qulluğu üzrə Astana Regional Habın Rəhbər Komitəsinin sədri vurğulayıb ki, bu baxımdan region ölkələri digər ölkələrin və təşkilatların beynəlxalq təcrübəsini öyrənməkdə maraqlıdırlar.

Share: