Laçın şəhərinin, Zabux və Sus kəndlərinin Azərbaycanın nəzarətinə keçməsidən sonra “Bakcell” şirkəti burada öz mobil şəbəkəsini istifadəyə verib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, “Bakcell”in yeni quraşdırılmış 3G və 4G şəbəkələri sayəsində həmin ərazilər həm zəng, həm də internet xidmətləri ilə təmin olunub.
Beləliklə, “Bakcell” şəbəkəsi Şuşa şəhəri ilə yanaşı, Laçın, Xocavənd, Füzuli, Cəbrayıl, Kəlbəcər, Qubadlı, Zəngilan və Ağdam rayonları, Tərtərin Suqovuşan və Talış kəndləri daxil olmaqla işğaldan azad olunmuş bir çox ərazilərdə fəaliyyət göstərir.