Bakı Avrasiya Universitetində “Zəfər Günü” qeyd edildi

Bakı Avrasiya Universitetində “Zəfər Günü” qeyd edildi

Bakı Avrasiya Universitetində “Zəfər Günü” ilə bağlı tədbir keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Vətən müharibəsi iştirakçıları, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbiri açıq elan edən rektorun köməkçisi Şəfayət Əliyev qonaqları salamlayaraq rektor, prof.Nazim Hüseynlinin təbriklərini çatdırıb. O, həmçinin, 8 Noyabr tarixinin Zəfər Günü kimi təntənəli səkildə qeyd edilməsindən qürür duyduqlarını ifadə edib.

Daha sonra natiqlər Sentyabrın 27-dən başlayaraq 44 gün davam edən və Qarabağın işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsinin parlaq səhifələrindən bəh ediblər.

Tədbir konsert proqramı ilə davam edib.


Share: