Bakı bulvarında dənizdə batmaq təhlükəsi ilə üzləşmiş 3 gənc….

Bakı bulvarında dənizdə batmaq təhlükəsi ilə üzləşmiş 3 gənc xilas edilib. 

Müstəqil.Az  Lent.az-a istinadən xəbər verir ki, Dənizkənarı Milli Parkın Qız Qalası ilə üzbəüz hissəsində 1999-cu il təvəllüdlü Ağayeva Şəfiqə Sabir qızı selfi foto çəkdirmək istəyərkən ehtiyatsızlıqdan dənizə yıxılıb. Bu zaman qızın yanında olan tələbə yoldaşları Nadirzadə Tağı Rövşən oğlu və 2000-ci ildə anadan olmuş Rzayev Murad Azər oğlu onu xilas etmək üçün dənizə atılıblar. Suyun soyuq olması və üzə bilməmələri səbəbindən hər 3 gənc boğulmaq təhlükəsiz ilə üzləşib. Hadisə yerinə gələn mühafizə əməkdaşlarının köməkliyi ilə gənclər xilas edilib.

Qeyd edək ki, xilas edilən gənclərin 3-ü də Azərbaycan Maliyyə İqtisad Kollecinin 3-cü kurs tələbələridir.


Müstəqil.Az

Share: