Bakı Dizayn Akademiyası və “Technest’’ 100% həcmində təqaüd elan edir

Bakı Dizayn Akademiyası və “Technest’’ 100% həcmində təqaüd elan edir

100% təqaüdlə dizayn karyerasına prestijli təhsillə başlamaq?! – Artıq mümkündür!

“Technest’’ Təqaüd Proqramı mənə nələri qazandırır?

Təqaüd Proqramı İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə Bakı Dizayn Akademiyasının birgə layihəsidir. Proqram “Technest” layihəsinin nəzdində yaradılıb. Bu təqaüdlə Bakı Dizayn Akademiyasında üç innovativ ixtisasdan birində – 3D dizayn, UX/UI dizayn və peşəkarlar üçün UX/UI ixtisaslarında 70%, 90% və 100% təqaüdlə təhsil alırsan. 

Təqaüd Proqramının hansı perspektivləri var?

“Technest” layihəsi proqram çərçivəsində 30 istedadlı gəncə həmçinin innovativ sahibkarlıq və startapların qurulması istiqamətində fürsətlər yaradır.

Təqaüd Proqramına necə müraciət edə bilərəm?

İlk mərhələdə CV və motivasiya məktubunu Bakı Dizayn Akademiyasına göndərirsən. Növbəti addımda test imtahanı verirsən. Üçüncü mərhələdə isə Akademiya səninlə fərdi müsahibə təşkil edir. Bütün mərhələləri uğurla keçsən, Təqaüd Proqramının qalibi seçilirsən. 
Təqaüd proqramı üçün qeydiyyat 6 sentyabr tarixinədək açıqdır.

Qeydiyyatdan keçmək üçün linkə daxil ol: https://bda.edu.az/teqaud-proqrami

Share: