Novruz tətili günlərində Bakı Dövlət Sirkində proqram nəzərdə tutulmayıb.
Bu barədə -nın sorğusuna cavab olaraq Sirkdən məlumat verilib.
Bildirilib ki, Bakı Dövlət Sirkində təhlükəsizlik tədbirləri məqsədilə bir müddət əvvəl başlanan təmir hələ yekunlaşmayıb: “Buna görə də sirkin yaz mövsümündə fəaliyyəti gözlənilmir”.
Sirkdən o da əlavə olunub ki, payız-qış mövsümü ilə əlaqədar hələlik yekun söz demək mümkün deyil.