Bakı Metropoliteni sərnişinlərin istifadəsinə nə vaxt açılacaq?

Azərbaycan Prezidentinin köməkçisi, Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü Şahmar Mövsümov iyulun 16-da Azərbaycanda sərt karantin rejiminin daha 2 həftə uzadılacağı ilə bağlı müzakirələrin aparıldığını bildirib.

Publika.azxəbər verir ki, ictimai nəqliyyatla bağlı əsas qadağanın metronun fəaliyyətinin dayandırması olduğundan bir çox insanlar sərt karantin günlərində Bakı Metropoliteni QSC-nin fəaliyyətinin bərpa olunub-olunmayacağını bilmək istəyir.

Bakı Metropoliteni QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov  bildirib ki, metronun fəaliyyətini nə vaxt bərpa edəcəyini dəqiqliyi ilə söyləmək mümkün deyil: “Bütün qərarlar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilir. Lakin onu qeyd edim ki, Bakı metrosu sərişinlərə xidmət üçün hər an hazırdır. Qərar necə olacaq, sərt karantin rejimi uzadılacaqmı, detallar necə olacaq, metro ilə bağlı hansı qərar veriləcək, bu, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən elan olunacaq”.

Share: