Bakı metrosunda qatarların hərəkətində yubanma oldu — Araşdırılır

Bakı metrosunda qatarların hərəkətində yubanma oldu — Araşdırılır

Bu gün Bənövşəyi xəttin “Xocəsən” stansiyasından sınaq xarakterli ilk qatar yola salındıqdan sonra texniki səbəblərdən yüksək gərginlik itməsi qeydə alınıb.

Bu barədə “Qafqazinfo”ya “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, nəticədə qrafik üzrə növbəti qatarın stansiyadan yola salınmasında 20 dəqiqə yubanma qeydə alınıb.

Lakin Bənövşəyi xəttin “Avtovağzal-8 Noyabr” sahəsində qatarların hərəkəti intervallara riayət olunmaqla qrafik üzrə təmin olunub.

Baş vermiş hadisə ilə bağlı hazırda texniki araşdırma aparılır.


Share: