Bakı metrosunda tüstülənmə – VİDEO

“Gənclik” metrostansiyasındakı tüstülənmə heç bir təhlükə yaratmayıb

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov metroda baş verən tüstülənmə ilə bağlı açıqlama verib.

REAL xəbər verir ki, vaqonda tüstü hiss olunub: “Qatar yoxlanılb və hər şey qaydasındadır. Qatar həmin sərnişinləri yenidən götürürərək yoluna davam edib.”

B.Məmmədov bildirib ki, bu qatardan əvvəl xətdə sınaq qatarı hərəkətdə olub: “Sınaq qatarı boş gedirmiş. Sınaq qatarının “kolodka”sı sıxılıb və bu zaman təkər relsə sürtülüb. Bu zaman yaranan tüstü digər qatarın işinə dolub. Ehtiyat üçün qatardan sərnişinlər düşürülüb və hər şey yoxlanıldıqdan və problemin müəyyən edilmədiyindən sonradan həmin qatarla da yola salınıblar”.

O qeyd edib ki, hərəkət qrafiki tanm qaydasında icra olunur.


***

14:41

“Bakı Metropoliteni” QSC-nin “Gənclik” stansiyasında qatarda tüstülənmə olub.

REAL xəbər verir ki, sərnişinlər qatardan düşürülüb.

Əlavə məlumat veriləcək.

Share: