Bakı müharibəyə hazır deyildi, Köçəryan bunu etməliydi – Video

Bakı müharibəyə hazır deyildi, Köçəryan bunu etməliydi – Video

Türklər və azərbaycanlılar düşməndirlər və bu məsələ müzakirə mövzusu ola bilməz.

Müstəqil.Az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Bəli, türklər, azərbaycanlılar bizim düşmənimizdirlər, onlar da bizi düşmən sayırlar. Məsələ başqadır: bu düşmənçiliklə nə edəcəyik, bu düşmənçiliyi nə qədər müddət böyüdəcəyik:

Biz birtəfəli qaydada türklərin düşmən olmaması qərarını qəbul edə bilmərik. Tarixən biz düşmən olmuşuq, amma məsələ odur ki, biz bu düşmənçiliyi necə idarə edirik”.

Ermənistan baş naziri məhz Köçəryan dönəmində Azərbaycana öz hədəfinə çatması üçün təkcə ümid yox, həm də zəmanət verildiyini bildirib. O, bu zəmanətin danışıqlar prosesindən Dağlıq Qarabağın çıxarılması olduğunu deyib:

“Nə etməliydik? Biz 2019-cu ildə “Dağlıq Qarabağı danışıqlarda təmsil etmirik” deməklə, məsələni həll etməyə çalışdıq. Onlar gərək bunu 1997-1998-ci illərdə edəydilər. Ona görə ki, Azərbaycan o vaxt problemi hərb yolu ilə həll etməyə hazır deyildi”.

 

İLkin Həsənov

Share: