Bakı Nəqliyyat Agentliyi müsabiqə elan etdi…

Bakı Nəqliyyat Agentliyi 19 nömrəli müntəzəm şəhərdaxili sərnişindaşıma marşrutu üzrə müsabiqə elan edib.

Müstəqil.az xəbər verir ki, müsabiqənin şərtlərinə görə, Əliyar Əliyev küçəsi (“Çermet” kimi tanınan yaşayış massivi) – Neftçilər prospekti, Bakı Dəniz Vağzalı istiqamətində xidmət göstərilməsi üçün daşıyıcıdan ən azı 15 avtobus tələb olunur. Bu avtobuslar ən azı 75 sərnişin tutumuna və sayı 30-dan yuxarı oturacaq yerlərinə malik olmalıdır. Bundan başqa, avtobuslar səhər saat 06:00-da reysə başlamalı, 23:45-də isə reysi bitirməlidir.

Çoxsaylı vətəndaş müraciətləri nəzərə alınaraq, təşkil ediləcək yeni marşrut xətti Əliyar Əliyev (“Çermet” kimi tanınan yaşayış massivi), Y.V.Çəmənzəminli, A.Nemətulla küçələri ilə metronun “N.Nərimanov”, “Gənclik”, “Ş.İ.Xətai” və “Sahil” stansiyalarını əlaqələndirəcək.

Qeyd edək ki, Bakı şəhərində mövcud bütün marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, mərhələli qaydada müsabiqəyə təqdim ediləcək. Məqsəd, sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyətinin, təhlükəsizliyin və rahatlığın artırılmasıdır.

 

Share: