Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Bakı Nəqliyyat Agentliyində (BNA) əməliyyat keçirir.
“Qafqazinfo”nun məlumatına görə, əməliyyat-axtarış tədbirləri hazırda davam edir.
Məlumatı Baş Prokurorluğun Mətbuat Xidmətindən təsdiq ediblər.
Qeyd olunub ki, əməliyyatın detalları barədə əlavə məlumat veriləcək.