Səfər çərçivəsində onun Şəhidlər xiyabanına və Xocalı soyqırımı abidəsinə də getməsi ictimaiyyətin sifarişidir, çünki Lavrov 106 il əvvəl olan hadisələri saxta “soyqırım” adı ilə yad edə bilirsə, deməli 30 il əvvəl öz gözləri qarşısında baş verən və təmsil etdiyi ölkənin də törədilməsində böyük rolu olan 20 yanvar və Xocalı soyqırımı abidələrini mütləq ziyarət etməlidir”.
Bu fikirləri hərbi ekspert Ədalət Verdiyev səsləndirib. O, Lavrovun Bakı səfərində müzakirə edəcəyi məsələlər barədə də fikir bildirib.
“Serqey Lavrovun Bakıda erməni silahlılarının indiyə qədər Qarabağdan çıxarılmaması, Zəngəzur dəhlizinin açılmasının 7 ay ləngiməsi, Azərbaycan ərazisində və Ermənistan paytaxtında Njde abidəsi, “İskəndər M” raketinin ermənilərə necə verilməsi, onu kimin icazəsilə və hansı heyət tərəfindən buraxılması, Birinci Qarabağ Müharibəsi zamanı itkin və əsir düşən azərbaycanlıların qaytarılması, Qarabağdakı sülhməramlılara aid olmayan funksiyaların rus hərbçilər tərəfindən yerinə yetirməsi, 1960 nəfərlik hərbi heyət üçün 7500 nəfərlik kazarmaların inşa edilməsinin məqsədləri və s. kimi asan olmayan çoxsaylı suallara münasibət bildirməli olacaq. Başqa sözlə desək, Bakı səfəri S.Lavrov üçün kifayət qədər gərgin keçəcək”,- deyə ekspert vurğulayıb.
Müstəqil.Az