Bakı Şəhər Baş Polis İdarəsinə yeni rəis müavini təyin edilib.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrlə polis polkovniki Eldəniz Məmmədov Bakı Baş Polis İdarəsinin rəis müavini vəzifəsinə təyin olunub.
DİN-n Mətbuat xidmətindən məlumatı “Qafqazinfo”ya təsdiq ediblər.
Qeyd edək ki, E.Məmmədov əvvəllər DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini vəzifəsini tutub.