“Bakı-Tbilisi-Qars dəmir yolunun sərnişin vaqonları gələn il təhvil veriləcək”.
“APA-Economics” xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bildirib.
C.Qurbanovun sözlərinə görə, BTQ ilə sərnişin daşınması da gələn ildən həyata keçiriləcək.